Malibudakı yanğında Ledi Qaqa da olub

Malibudakı yanğında Ledi Qaqa da olub
895 dəfə oxunub
  • A-
  • A
  • A+

Ledi Qaqa və yaxınları Malibuda baş verən yanğın zamanı orada olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni qorxulu anlar yaşadığını bildirib. O, ailəsi ilə birlikdə Malibudan təcili çıxarıldığını deyib.

Ledi bildirib ki, onun villası da yanma təhlükəsi ilə üz-üzə qalıb.

"Şükür, salamat xilas olduq. Amma orada yaşayanların həyatı məni narahat edir. Yanğın ondan çox insanın həyatını alıb" deyə, Ledi bildirib.