Müğənni Xatirə İslam və Günay İbrahimli barışıb.

Axşam.az-ın məlumatına görə, ifaçılar arasındakı küsülülk 6 ay bundan əvvəl "ATV maqazin onlarla" verilişində başlamışdı. Xatirə bir məsələ üçün ona Günayın özünün yox, köməkçisinin zəng etdiyini deyib, ondan incidiyini bildirmişdi. X.İslam həmkarının bu hərəkətinə əsəbiləşdiyini söyləyib.

Ötən gün məclislərdən birində görüşən sənətçilər şəkil çəkdirərək İnstaqram hesablarında yayımlayıblar.

Xatirə paylaşımına “Gözəlim, sənin xınanı tezliklə özüm yaxacam” sözlərini yazıb. Günay isə ona “Səsi və özü gözəl Xatirə İslam” cavabını verib.



                 

Digər Xəbərlər