Kaliforniya hələ də baş verən güclü yanğından əziyyət çəkir. Aktyor Cerard Batlerin evi də yanıb kül olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, meşədə baş verən güclü yanğında Malibudakı minlərlə ev məhv olub. Cerard isə sosial şəbəkədə video yayımlayaraq mənzilinin yandığını bildirib:

"Buradan təcili köçürüldükdən sonra yenidən geri qayıtdım. Bu da evimin halı".

Qeyd edək ki, yanan ərazidən insanlar təxliyyə olunublar. 228 insan isə itkin düşüb. Bu, ştatda baş verən ən böyük yanğındır. Yanğını isə hələ də tam söndürmək mümkün olmayıb.



                 

Digər Xəbərlər