Malibuda baş verən yanğında ziyan çəkənlərdən biri də Mayli Sayrus olub. 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ledi Qaqa, Cerard Batlerdən fərqli olaraq Mayliyə daha çox ziyan dəyib.

O, yanğın zamanı malikanəsini itirib. mayli bildirib ki, xoşbəxtlikdən özü, ailəsi və ev heyvanları salamatdır.

"Bu hadisə məni dəhşətə gətirib. Amma xoşbəxtlikdən mən şanslıyam. Ev heyvanlarım, həyatımın sevgisi salamatdır. Bu, ən önəmlisidir. Evim məhv olub, amma gözəl xatirələrim qalıb" deyə, müğənni bildirib.



                 

Digər Xəbərlər