"Əhməd haradadır?" filmində "Əhməd" obrazını canlandıran aktyor Siyavuş Şəfiyevin ailə fotoları yayılıb.

Axşam.az Milli.az-a istinadən xəbər verir ki, aktyor iki dəfə rus qadınla ailə həyatı qurur, birinci yoldaşından ayrılsa da, ikinci yoldaşı ilə ömrünün sonuna kimi yaşayır.

Aktyorun ikinci evlilikdən bir qızı dünyaya gəlib. Şəfiyevin qızı və həyat yoldaşı hal-hazırda Moskvada yaşayırlar.

Qeyd edək ki, S.Şəfiyev “Əhməd hardadır?” filmi ilə aktyor kimi tanınır. Bundan sonra S.Şəfiyev Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkilən  “Uşaqlığın son gecəsi” filmində prorab Rüstəm obrazını yaradır. Daha sonra S.Şəfiyev “Ən vacib müsahibə” filmində jurnalist Altay obrazını yaradıb. O, 2001-ci il 24 noyabrında Moskvada dünyasını dəyişib.







                 

Digər Xəbərlər