Qara nöqtələrdən bu üsullarla qurtulun

Qara nöqtələrdən bu üsullarla qurtulun
1458 dəfə oxunub
  • A-
  • A
  • A+

Qara nöqtələr dərinin parlaq və təmiz görünməsinin qarşısını alır. Onlardan qurtulmaq isə o qədər də çətin deyil.

Axşam.az qara nöqtələrdən xilas olmağınız üçün bir neçə maska təqdim edir:

Burun üçün maska

1 xörək qaşığı qatıq

1 sürtgəcdən keçirilmiş limon qabığı

1 xörək qaşığı qarğıdalı unu

Hazırlanma qaydası:

Bütün sayılanları qarışdırın. Burnunuza çəkin və bir neçə dəqiqə sonra ilıq su ilə yuyun. Həftədə iki dəfə təkrar edə bilərsiniz.

Qara nöqtələr üçün maska 1

1 xörək qaşığı şəkər tozu

1 yumurta ağı

Hazırlanma qaydası:

Ərzaqları qarışdırın, qara nöqtə olan hissələrə çəkin.

Maska 2

1 çay qaşığı yaşıl mərci

1 çay qaşığı gil

1 çay qaşığı krem

Lazım olan qədər su

Hazırlanma qaydası:

Mərcini üyüdün və üzərinə digər lazım olanları əlavə edin. Üzünüzə çəkib 15 dəqiqə gözləyin. Həftədə iki dəfə təkrar edin.

Maska 3

1 çay qaşığı gil

1 çay qaşığı badam yağı

1 çay qaşığı limon suyu

1 çay qaşığı bal

Hazırlanma qaydası:

Bütün sayılanları qarışdırın. Üzünzə çəkib 40-45 dəqiqə gözləyin. Ardınca ilıq su ilə masaj hərəkətləri edərək təmizləyin.