Kənan M.M. ailəsi ilə Türkiyəyə köçür

Kənan M.M. ailəsi ilə Türkiyəyə köçür
5021 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor-aktyor Kənan M.M. Türkiyəyə köçür.

Axşam.az-ın məlumatına görə, qardaş ölkədə "Savaşçı" serialına çəkilən Kənan ailəsini də özü ilə birlikdə aparır. Bu haqda prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində deyib.

Tolikin "Kənan bu dəfə ailəsini də özü ilə birlikdə aparır. Uşaqların məktəbi necə olacaq? Onlar nənələri ilə birlikdə qalacaq" sualına rejissor belə cavab verib:

"Bu mövzu haqda danışmaq istəmirəm. Azərbaycana aidəm. Çəkiliş olmayan günlər Bakıya gəlirəm. Türkiyədə çəkiliş heyətinin hesabına yaşayırıq".

"Aygün Ebru Gündeşin bir layihəsində yer alacaq. Ona görə də Türkiyədə qalmalıdır" deyə, Tolik sözlərinə əlavə edib.