"Müğənnilər qırılıb, sən oxuyursan?" - Elnarədən Mətanətə

"Müğənnilər qırılıb, sən oxuyursan?" - Elnarədən Mətanətə
3667 dəfə oxunub
  • A-
  • A
  • A+

Görmə imkanları məhdud iki istedadlı gənc Zeynəb və Fərqanın "Könül dünyası" gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, R.Behbudov adına Mahnı Teatrında keçirilən gecədə millət vəkili Qənirə Paşayeva, Əmək və əhalinin sosial müdafiə nazirliyinin rəsmiləri, əməkdar artist Nuriyə Hüseynova, bəstəkar Vaqif Gərayzadə, aktrisa-aparıcı Mətanət Əliverdiyeva, müğənni Elnarə Xəlilova iştirak edib.

Qonaqlar bir-bir səhnəyə çıxaraq gənc yazarlara xeyir-dualar veriblər. Onlardan biri də Mətanət Əliverdiyeva olub. O, Zeynəbi təbrik etdikdən sonra səhnədə "Sarı gəlin" mahnısı ifa edib. Bu zaman müğənni Elnarə də ona qoşulub. Müğənni aparıcıya yarı ciddi, yarı zarafat "Müğənnilər qırılıb ki, sən mahnı oxuyursan?", - deyib.

Onun bu sözlərini aparıcı gülüşlə qarşılayıb və ifasına davam edib.