Müalicə üçün Türkiyəyə gedən xalq artisti: "Ağrılar ayağıma vururdu"

Müalicə üçün Türkiyəyə gedən xalq artisti: "Ağrılar ayağıma vururdu"
1585 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir ki, belində yaranan ağrılardan şikayətçi olan xalq artisti Rasim Balayev Türkiyədə müalicə olunur.

Axşam.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, aktyor son zamanlar ağrılardan çox əziyyət çəkdiyini deyib:

"Belimdə yırtıq var, ağrı verirdi. Bu ağrılar ayağıma da vururdu. Bu səbəbdən rahat gəzə də bilmirdim. Artıq bir neçə gündür ki, Türkiyədəyəm. Müalicə üçün Ankara şəhərinə gəlmişəm".

"Bakıda əməliyyat etmək istəyirdilər. Lakin Türkiyəyə gəldikdə onlar əməliyyata gərək olmadığını dedilər. Müalicə ilə problemi aradan qaldıracaqlarına vəd veriblər. 10 gündən sonra buradakı müalicəmi bitirib Bakıya qayıdacağam".

Xatırladaq ki, vaxtilə "Babək" filminin çəkilişi zamanı atdan yıxıldığı üçün R.Balayevin belində yırtıq yaranıb. R.Balayev bu problemə görə dəfələrlə müalicələr qəbul etsə də, səhhətində heç bir irəliləyiş olmayıb.