Fatimə 15 minlik klipini göstərdi - Fotolar

Fatimə 15 minlik klipini göstərdi -  Fotolar
1367 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva ötən gün media nümayəndələri ilə görüşüb. 
 
Axşam.az-ın məlumatına görə, “Cümhuriyyət suitası” adlanan ekran işinin rejissoru Nail Naiboğludur. Fatimə bildirib ki, bəstənin müəllifi bəstəkar Nailə Mirməmmədlidir:

“Günün ən xoşbəxt insanı mənəm. Bu gün aylardır gözlədiyim layihəmin təqdimatını edirəm. Bəli, vətənimin peşəkar rəqqasəsi olaraq, öz borcumu layiqincə yerinə yetirirəm. Bu işimi Azərbaycanın Cümhuriyyətinin 100 illiyinə həsr etmişəm. Klipdə əziyyət çəkənlərin hər birinə təşəkkür edirəm. Qobustanda, daşların üzərində oynamaq əziyyətli bir işdir. Həmin gün ayaqlarım yara içərisində idi. Çəkiliş vaxtı rejissorumuz məni incitdi, dalaşdıq, gecələr gündüzə qarışdı. Hərçənd tam istədiyimi almasam da, gələn səfər burada etmək istədiyimi edərəm”.
 
Rejissor Nail Naiboğlu bildirib ki, bu sayca Fatiməyə çəkdiyi altıncı klipidir və bu onların içərisində ən bahalısıdır. Nail ekran işinin büdcəsini də açıqlayıb. O bildirib ki, klip 15 min manata başa gəlib.

Ekran işinin çəkilişləri Şəhidlər Xiyabanında və Qobustan Dövlət Qoruğunda baş tutub.

Foto: İlqam CƏBİYEV