Nadir bütün verilişlərdə niyə ağlayır? - Video

Nadir bütün verilişlərdə niyə ağlayır? -  Video
2306 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə son günlər verilişlərdə ağlaması ilə gündəmdən düşmür.
 
Axşam.az-ın məlumatına görə, sənətçi ötən həftə üç fərqli kanalda proqramlara qonaq olub. Hər verilişdə isə onun ağlayan görüntüsü yer alıb və sosial şəbəkələrdə paylaşılıb.

ATV-də efirə gedən "Bizimləsən" proqramında qızı tərəfindən qocalar evinə yerləşdirilmək istəyən yaşlı qadını görən Nadir hönkür-hönkür ağlayıb. Hətta veriliş zamanı ifaçının halı pisləşib və dərman verilib.
 
İki gün sonra isə Qafarzadə "Şou ATV" proqramına qatılıb. İfaçı canlı yayımda xalq artisti Amaliya Pənahovanın ölüm xəbərini eşidib. Ağlamağa başlayan Nadir mahnı oxumaqdan da imtina edib və halının pis olduğunu söyləyib.

Səhəri gün isə müğənni ARB TV-də "Səhər-səhər" verilişinə qatılıb. Nadir proqramda taekvando üzrə 3 qat dünya çempionu olan Aynur Məmmədovanın həyat hekayəsini dinləyib və ağlamağa başlayıb.

İfaçının bu durumu sosial şəbəkədə tənqidə səbəb olub. Bir çoxları Nadirin bunu şou üçün etdiyini deyib. Bəziləri isə Qafarzadənin son vaxtlar çox kövrək olduğunu bildirib.