"İt hürürsə, sən ona..." - Niyamın cavabı gecikmədi

"İt hürürsə, sən ona..." - Niyamın cavabı gecikmədi
2095 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ramal İsrafilovla həmkarı Niyam Salami arasındakı qalmaqal davam edir.

Axşam.az xəbər verir ki, ARB TV-nin “Şou news” verilişinə qonaq olan Niyam ötən veriliş Ramalın onun haqda dediklərinə sərt reaksiya verib.

O, üzünü İsrafilova tutaraq efir vasitəsilə ismarıc göndərməyin acizlik olduğunu, həmkarını təkbətək görüşmək istədiyini bildirib:

"Hamı bilir, kim kimdir. İnsana cavabı üzbəüz deyirəm, efirlə yox. Efirlə söz deyən ən gücsüz adamlardır. Mənə kim nə demək istəyir, üzümə desin. Mən kasıb ailədə böyümüşəm, amma mədəniyyət görmüşəm. Efirdə aqressiyamı göstərə bilmərəm. Hər kəs öz mədəniyyəti ilə danışır. Kiminsə qapısından keçirsən, qapısında it bağlayıb. İt hürürsə, sən ona qışqıraraq cavab verməməlisən".

Qeyd edək ki, ötən proqram “Şou news” kamerası qarşısına keçən Ramal Niyamla bağlı suala əsəbiləşərək əvvəlcə tüpürüb, daha sonra isə "Qatlayıb atmışıq baqaja. Bu xəmir hələ çox su aparacaq", - sözlərini deyib.