Tolikdən ona söz atan müğənniyə: "Qanmaz insanlar..."

Tolikdən ona söz atan müğənniyə:  "Qanmaz insanlar..."
2194 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tarix Əliyev efirdə yerə yıxılmasını tənqid edənlərə cavab verib. 

Axşam.az-ın məlumatına görə, prodüser "Hər şey daxil" verilişində ona söz atan müğənni Nurlan Təhməzliyə əsəbiləşib. Tolik Nurlanın "Gərək burda yıxılım ki, maraqlı olum" sözlərinə sərt cavab verib:

"Mən burda yıxılmışam. Bəzi qanmaz insanlar var. Dünyada belə trend var idi: "yıxılan ulduzlar". Deyilməyib ki, yerdə uzan şəkil çəkdir. Necə olur, bizim müğənnilər "Səni deyirlər" seviləndə gecə ilə studiyaya girib onu oxudular. Mahnı tənqid olunsaydı deyəcəkdilər biz Rəşid Behbudov, Sofiya Rotoraya qulaq asıram. Hansı müğənniyə sual versən deyir, Aygün Kazımova, İlqar Muradovu bəyənirəm. Burada şou etmək istədin, amma alınmadı".

Qeyd edək ki, Tolik efirdə Niyam Salami ilə birlikdə "Yıxılan ulduzlar" trendinə qoşulmuş və qınanılmışdı.