"İkinci həyatımı yaşayıram" - Nazim

"İkinci həyatımı yaşayıram" -  Nazim
1287 dəfə oxunub
  • A-
  • A
  • A+

Faytonçu Nazim Heydər Əliyev Sarayında keçiriləcək "Darıxmışam, Bakıdan danış” adlı konserti ilə bağlı mətbuat konfransı keçirib.

Axşam.az-ın məlumatına görə, ifaçı jurnalistlərin suallarını cavablandırıb və konsertindən bəhs edib:

“İkinci həyatımı yaşayıram, həm də 50 illik yubileyimdir. Gecənin "Darıxmışam, Bakıdan danış” adlanmasının da bir mənası var. Türkiyədə müalicədə olarkən Bakı üçün darıxırdım. Təəssüf ki, orada Azərbaycan televiziyaları göstərmirdi, yalnız internet vasitəsi ilə xalq mahnılarımızı dinləmə imkanım olurdu. Vətənə dönər dönməz isə belə bir konsert proqramı ilə çıxış etmək qərarına gəldim. 
 
Düşünürəm ki, konsert tamaşaçılara böyük zövq verəcək. Bu mənim müğənni kimi ilk solo konsertimdir. Buna görə də çox fərqli bir repertuar hazırlamışıq. Konsertə qatılan qonaqlar sözün əsl mənasında istirahət edəcək. Gecənin sürpriz qonağı isə Ísrailin taninmish müğənnisi Liora olacaq”.
 
Qeyd edək ki, konsertin rejissoru Aqil M. Quliyev, aparıcısı Kamran Həsənli olacaq. Tədbir noyabrın 29-da olacaq.