"Qızılları götürüb, 300 dollar saxlayıb" - Ülviyə oğrulardan danışdı

"Qızılları götürüb, 300 dollar saxlayıb" -  Ülviyə oğrulardan danışdı
1836 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, aktrisa Ülviyə Əliyevanın evindən oğurluq edilib.

Axşam.az-ın məlumatına görə, "Bizimləsən" verilişində bununla bağlı süjet yayımlanıb. Bildirilib ki, oğrular qapını açarla açıblar, evi sanki tanıyırmışlar kimi hərəkət ediblər. 15 min manat dəyərində zinət əşyalarını götürüblər. Qabda cəmi bir üzük saxlayıblar. Evdəki 500 dolların 200-nü və 300 manatını götürüblər.

Ülviyə isə oğurluqdan sonra qorxduğunu bildirib:

"4 aydır toyumuz olub, ilk dəfə evdə olmadıq. Qəribə oğurluqdur. Evə girib qızıllara baxana kimi bilmədim ki, oğru gəlib. O qədər rahat işləyiblər ki. 15 min deyilir, amma 24,500 manatlıq qızılım gedib. Götürülən əşyalardan çox, evə oğru girməsinə narahatam. Anamın mənə verdiyi üzüyü saxlayıblar. Bir də 300 dollar pul qoyublar".