Meyxanaçılar arasında dava bitmir: "Ürək bulandırırlar"

Meyxanaçılar arasında dava bitmir:  "Ürək bulandırırlar"
1294 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçılar arasındakı qalmaqal bitmir. Bu dəfə meyxanaçılar Vüqar Əbilovla Ehtiram və İntiqam qardaşları mübahisə edib.

Axşam.az-ın məlumatına görə, qardaşlar "Səhər-səhər" proqramında Vüqarın özünü reklam etməyə çalışdığını deyiblər:

"Vüqar Əbilovla üz-üzə gəlmişik, ikinci dəfə bunu istəmirəm. Ürək bulandıran sözlər var. İstəmirik buna qarışaq. Hər aşığın öz dövranı var. Qabağa gedəni ayağından çəkməyə çalışırlar. Bu da alınmaz. Şabaş yığmaq üçün toya gedirlər. Bunlara qarışmırıq.
 
Ağsaqqal meyxana deyənlər, öz işlərini görür. Vüqarın xətrini çox istəyirəm, toylarda aparıcılıq edir. Amma çıxıb efirdə danışmaq yersizdir. Özümüzə zəng vurub deyin, efirdə reklam etməyin. Gündəmdə qalmaq üçün parlayanı pisləyirlər. Kimsə məclisə çox gedirsə, köhnələr qısqanmağa başlayır".

Qeyd edək ki, V.Əbilov meyxanaçıların sənətdən uzaqlaşdığını, oxumadıqlarını bildirib, onları bir araya yığışmağa dəvət edib.