İstədiyi şalvarın qara rəngini tapmadığı üçün satıcıları döydüyü deyilən müğənni Yusuf Harputlu açıqlama verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, iddiaların yalan olduğunu deyib:

“Bu deyilənlərə aid sübut var? Mən heç evli deyiləm. Xəbərlərdə yazılıb ki, həyat yoldaşıma şalvar tapmadığım üçün etmişəm. Mənim hansısa pis hərəkətimi heç kim görməyib. Xanımların çiçək olduğunu hər zaman demişəm.

Mənim qohumum var. Adı Sərdardır. Mənə bənzəyir. Belə bir şey onun başına gəlib. Mən də yeni öyrəndim. Mən heç o alış-veriş mərkəzinə getməmişəm”.


                 

Digər Xəbərlər