Ronaldo nişanlandı - Fotolar

Ronaldo nişanlandı - Fotolar
3879 dəfə oxunub
  • A-
  • A
  • A+

İtaliyanın "Yuventus" klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo nişanlanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qeyri-rəsmi nikahda yaşadığı ispan model Corcina Rodriqesə evlilik təklifi edib.

"Hə" cavabı alan Ronaldonun yaxın günlərdə toy edəcəyi bildirilir. Məlumata görə, Corcina artıq bir neçə gəlinlik də geyinib və seçim edir.

Ötən gün cütlük Londonda restoranlardan birində görüntülənib. Onların yanında Ronaldonun böyük oğlu da olub. Rodriqez eyn zamanda nişan üzüyünün şəklini sosial mediada izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, 24 yaşlı Corcina və 33 yaşlı Ronaldo 2006-cı ildə İspaniyanın paytaxtı Madriddə tanış olublar. C.Rodriqes həmin dönəmdə "Gucci" brendinin butikində işləyirdi. Cütlüyün ötən il Alana Martina adlı bir qızı dünyaya gəlib.

Bundan başqa, Kriştianonun surroqat anadan daha 3 övladı var.