Coni Depp tanınmaz hala düşdü - Fotolar

Coni Depp tanınmaz hala düşdü - Fotolar
1527 dəfə oxunub
  • A-
  • A
  • A+
“Karib dənizinin quldurları” filminin qəhrəmanı aktyor və müğənni Coni Depp ötən gün son ekran işinin qala gecəsinə qatılıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, o, “Fantastik canavarlar: Qrindelvol cinayətləri” (“Fantastic Beasts: The Crimes Of Grindelwald”) adli filminin Londondakı tədbirində görüntülənib.

Coni xarici görünüşü ilə diqqət çəkib. Belə ki, 55 yaşlı aktyoru görənlər onu tanımaqda çətinlik çəkiblər.

Məlumata görə, Deppin bu cür arıqlaması və solğun görünməsinə səbəb keçmiş sevgilisi Vanessa Paradisdən ayrılmasıdır.

Qeyd edək ki, Coni ilə fransız müğənni Vennessa uzun illər birlikdə münasibətdə olub. Onların 2 övladı var. Daha sonra Paradis Deppi ona aktrisa Amber Herdlə xəyanət etdiyi üçün tərk edib.