"Xatunun atası heç kimdən üzr istəməyib"

"Xatunun atası heç kimdən üzr istəməyib"
1718 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva arasında qalmaqal bitmir.

Axşam.az-ın məlumatına görə, rəqqasənin "Xatunun atası məndən üzr istədi" sözlərinə qarşı tərəfdən cavab gəlib. X.Əliyevanın prodüseri Pənah Eldar bildirib ki, elə bir hal yaşanmayıb:

"Bu mövzuda qarşı tərəfin danışdıqları və yazdıqları uydurmadır. Xatun xanımın atası heç kimdən üzr istəməyib. Xatun xanım bu mövzuda haqlı olduğu halda nə özünün, nə də ailə böyüyünün üzr istəmək üçün bir səbəbi var. "Üzr" mövzusu ayrı bir yalandı və qanun yolu ilə bunun axırına gediləcək.

O ki, qaldı Xatun xanımın susmağına... Onun hər çağırılan efirə bu mövzu ilə çıxmağa ehtiyacı yoxdur. O, ən azı 1 və ya 2 dəfə açıqlamalar verib, dediklərinin də arxasındadır. Ucuz və cılız söhbətləri aydınlaşdırmağa nə onun vaxtı var, nə də o xarakterin adamıdır. Hər yazılanı reklama çevirmir.

Məhkəmə işini qarşı tərəf başladıb. Sona kimi gediləcəksə, sona kimi də haqq özünü göstərəcək".