Əməkdar artist Dilarə Əliyeva və prodüser həyat yoldaşı Oqtay Əliyev fotokameramıza tuş gəliblər.

Axşam.az-ın məlumatına görə, cütlük birlikdə kinoteatra yollanıblar. "Taxta ayı" filmini izləyən Dilarə və Oqtay cütlüyü şəkil də çəkdirib.

D.Əliyeva hazırda ARB telekanalında başlayacaq yeni verilişinin üzərində çalışdığını bildirib. O, eyni zamanda yaxın günlərdə rol aldığı "Əfsanə qayıdır" filminin təqdim ediləcəyini söyləyib.

Foto: İlqam CƏBİYEV


                 

Digər Xəbərlər