Bakıda Polşa filmləri festivalı keçiriləcək

Bakıda Polşa filmləri festivalı keçiriləcək
199 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda noyabrın 22-dən 28-dək 3-cü “Visla” Polşa filmləri festivalı keçiriləcək.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, festival çərçivəsində tamaşaçılar polşalı rejissorların “Varşava döyüşü. 1920”, “Gecə danışıqları”, “Ədalətli”, “Şəhər 44”, “Sevgi vergisi” və digər filmləri izləyə biləcəklər.

“Landmark”da hər gün saat 19-da başlanacaq seanslarda ekran əsərləri ingilis və rus altyazıları ilə göstəriləcək.
Giriş sərbəstdir.