Məşhur reperin övladlarının anası öldü

Məşhur reperin övladlarının anası öldü
1417 dəfə oxunub
  • A-
  • A
  • A+

P.Diddinin keçmiş sevgilisi Kim Porter vəfat edib. 

Axşam.az-ın məlumatına görə, reperlə Kim 13 il birlikdə yaşayıb. Model və aktrisa kimi tanınan qadının ölüm xəbərini Diddinin köməkçisi də təsdiqləyib.

47 yaşlı Kimin ürəyinin dayanması ilə bağlı evində çalışan xanım polisə xəbər verib. Son günlər o, qripdən əziyyət çəkirmiş. Həkiminə özünü yaxşı hiss etmədiyi ilə bağlı xəbər verən Kimin ölüm səbəbi hələ dəqiqləşməyib.

Kim və Diddi 2004-cü ildə ayrılıb. Onların üç övladı var.