Mətanət sərxoş videosundan danışdı

Mətanət sərxoş videosundan danışdı
6788 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mətanət Əsədova son vaxtlar haqqında yayılan söz-söhbətlərə son qoyub.

Axşam.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan “Bu bir sirdir” verilişinə qonaq olan sənətçi həmkarı Nadir Qafarzadəni tərifləyib. İfaçı eyni zamanda son vaxtlar yayılan videosundan da danışıb:

“Nadir Qafarzadə ən çox sevdiyim sənətçidir, onun ürəyinə quzu kəsim. Onun təmiz, saf qəlbi var. Bu yaxınlarda müğənni Elçin Hüseynovun tədbiri idi. Orada sənət dostları bir araya yığışmışdıq. Birdən hind mahnısı səsləndirildi, mən də oxumaq istədim. Əlimə badə alıb “Zita və Gita” filmindəki səhnəni yaratmaq üçün sərxoş roluna girdim. Götürüb verdilər ki, Mətanət sərxoşdur. Heç kim yaradıcılığımdan, oxumağımdan yazmır”.

M.Əsədova ona xalq artisti Zeynəb Xanlarovanın dəstək olduğunu da deyib:

“Məni bu sənətdə xalq artisti, böyük sənətkar Zeynəb Xanlarova dəstəkləyir. Ona minnətdar olacağım çox şeylər var. O, əlçatmaz varlıqdır”.