"Gəncləşən Muğam - 5" konserti keçiriləcək

"Gəncləşən Muğam - 5" konserti keçiriləcək
1212 dəfə oxunub
  • A-
  • A
  • A+
“Gəncləşən muğam” layihəsi davam edir.

Axşam.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Sarayının birgə təşəbbüsü və təşkilatçılığı ilə gənc xanəndələrin “Gəncləşən Muğam-5” adlı konserti keçiriləcək.

Fevralın 2-də keçiriləcək bu konsert Azərbaycanın xalq artisti Mənsum İbrahimovla əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun layihəsidir. Proqramın rəhbəri Mənsum İbrahimovdur. Konsertin biletləri 10-50 manat arasında satışa çıxarılıb.