Xalq artisti Aygün Kazımova yeni fotolarını izləyiciləri ilə bölüşüb.

Axşam.az-ın məlumatına görə, müğənni eynəkdə və papaqda çəkdirdiyi şəkillərində arıqlığı ilə diqqət çəkib.

Kazımova eyni zamanda idman zalından görüntülər yayıb. O bildirib ki, artıq çəkidən idman vasitəsilə xilas olub. İzləyiciləri Aygünün fotosuna təriflər yağdırıblar.

Qeyd edək ki, Kazımova idmanla yanaşı rəqs dərslərinə də gedir. O, dicey David Vendetta ilə konsertə hazırlaşır.





                 

Digər Xəbərlər