Əməkdar artist Nahidə Orucovanın son vaxtlar xeyli arıqlaması onun xəstə olması haqda xəbərlər yayıb.

Axşam.az-ın məlumatına görə, aktrisa "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, səhhətində heç bir problem yoxdur:

"Elə bilirlər xəstəyəm. Arıqlığımla əlaqədar belə düşünürlər. Çox yaxşıyam, özümü əla hiss edirəm. Sanki ikinci baharım gəlib. Cavanlıq dövrümdən indiki həyatıma keçid edirəm".

Qeyd edək ki, aktrisa mədəkiçiltmə əməliyyatı etdirib və 60 kiloqram çəki atıb.


                 

Digər Xəbərlər