Müğənni Anita Soy çətin əməliyyatdan sonra evə buraxılıb.

Axşam.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ifaçının yumurtalıqları kəsilib. Həkimlər Anitaya bir çox qadağalar qoyublar. İndi ona hətta cinsi əlaqədə olmağa belə icazə verilmir.

"Ağrılarım var idi, amma konsert üçün çalışırdım" deyə, Soy deyib. Köməkçisi isə onun səhhətinə ciddi yanaşmadığından şikayətlənib:

"Həkimə zəng etdi ki, ağrılarım var. Hələ konsert turuna getməzdən əvvəl ona əməliyyat məsləhət görülmüşdü. Amma o, konserti seçdi. Səhhəti daha da ağırlaşdı. Onu Moskvaya xüsusi təyyarə ilə güclə çatdırdılar. Həmin an da əməliyyata aparıldı".

"Qarnımda dörd deşik qalıb. Pis oldum ki, hər şey belə nəticələndi. İndi mən bu haldayam. Necə edəcəm bilmirəm. Ciddi pəhriz saxlamalıyam. Həkimlər uzun siyahı yazıblar. Onu saxlamaq çətindir, amma çalışacam. Hətta saunaya, hamama getməyimə də qadağa qoyulub. Hətta hovuzda üzə və masaj etdirə də bilmərəm. 

İntim münasibətdən, ehtiraslanmaqdan uzaq qalmalıyam" deyə, müğənni açıqlamasında bildirib.


                 

Digər Xəbərlər