Xalq artisti Faiq Ağayev bəyəndiyi kişi ifaçılarının adlarını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Kim yatmış, kim oyaq" verilişində bildirib ki, müğənni çox olsa da, aktyorluğu bacaran azdır:

"Dinləyici kimi xoşuma gələn kişi müğənniləri çoxdur: Miri Yusif, Zamiq Hüseynov, Ramal İsrafilov, Rəhim Rəhimli. Samir Cavadzadə işləmir, amma potensialı olan müğənnidir. Rəqabət onlar arasında gedir. Arada Xəyyam Nisanov gözəl mahnılar təqdim edir. Amma onlar arasında az cəsarət görürəm. İfaçılar çoxdur, artist azdır. Təkcə mahnı oxumaq üçün gəlməmişik səhnəyə, bu radiodur. Radioda belə ifaçı oxuyanda münasibəti bilinməlidir".


                 

Digər Xəbərlər