Üç uşaq atası olan aktyor Hyu Qrant peşmandır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda müsahibələrinin birində danışıb. 51 yaşında üçüncü övladı dünyaya gələn Qrant yuxusuz gecələrdən çox yorulduğunu söyləyib.

"Hər zaman yeni layihəyə razılıq verməkdə çətinlik çəkirdim. İndi isə evdə oturmamaq üçün hər gələn təkliflə razılaşıram. Sakit bir ortamda olmaq necə də xoşbəxtlikdir. Uşağa görə həyatım qarışıb" deyə, Qrant bildirib.



                 

Digər Xəbərlər