Son olaraq "Fazilet hanım ve kızları" serialında rol alan aktyor Çağlar Ertuğrul İstanbuldan İzmirə köçüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün Nişantaşıda sevgilisi Kalya Manukyanla görüntülənən aktyor jurnalistlərin suallarını da cavablandırıb.

O, İzmirə köçdüyünü, meyvə-tərəvəz yetişdirməyə başladığını bildirib. Çağlar onu da əlavə edib ki, bir müddət sonra o, heyvan da alaraq, heyvandarlıqla məşğul olacaq.



                 

Digər Xəbərlər