"Facebook Messenger" istifadəçiləri real zaman ərzində messencer daxilində birgə videolar izləyə biləcəklər.

Axşam.az Technote-a istinadən xəbər verir ki, "Messenger"də birgə video izləmək funksiyası artıq test mərhələsindədir.

Bu yeni funksiya ilin sonunadək çıxacaq Messenger yenilənmələrindən birində aktiv ediləcək. Bu funksiyanın əsas özəlliyi ondan ibarətdir ki, Messenger-də olan qrup çat üzvləri istənilən an videonu dayandıra, bu və ya digər videoya çat üzvlərindən kimlərin baxdığını izləyə və videonu dayandırmadan qrup çatında video barəsində təəssüratlarını bölüşə biləcəklər.

Belə hallarda offline olan çat üzvləri isə hansısa istifadəçinin qrup daxilində videoya baxdığı bildirişini əldə edəcəklər. Online olacaq istifadəçilər isə videoya baxmaqdan imtina etmək hüququna sahib olacaqlar.



                 

Digər Xəbərlər