Filippində keçirilən gözəllik yarışmasında ilginc hadisə baş verib.

Axşam.az xarici mediaya istinadən xəbr verir ki, müsabiqəyə qatılan 18-21 yaş arası qızlar sponsorlardan birinin onlarla cinsi əlaqəyə girmək istədiyini və onlara tez-tez təcavüz etdiyini bildiriblər.

Polisə şikayət edən qızların dediyinə görə, həmin şəxs cinsi əlaqə qarşılığında onları yarışmanın birincisi etməyi söz verib. Məlumatda o da deyilir ki, adı çəkilməyən şəxs gözəllərin bir neçəsindən mobil telefon nömrələrini alıb və onların sinəsinə, ayaqlarına toxunub.

İfadəsində isə iş adamı qızlara yalnız qardaşcasına yaxınlaşdığını və onlara sadəcə kömək etmək istədiyini vurğulayıb. 



                 

Digər Xəbərlər