Daha bir azərbaycanlı "O səs Türkiyə"də - Bəyənilmədi

Daha bir azərbaycanlı "O səs Türkiyə"də -  Bəyənilmədi
1627 dəfə oxunub
  • A-
  • A
  • A+

Acun İlıcalının “O səs Türkiyə” yarışmasına daha bir azərbaycanlı müğənni qatılıb.

Axşam.az-ın məlumatına görə, Zeynəb Məmmədova adlı qız gecədə Bora Duranın “Sen de gidersen” mahnısını oxuyub. 

Zeynəbin ifasını münsif kürsüsündə oturan heç bir tanınmış bəyənməyib və dönməyib. Hadisə, Murad Boz, Bəyazit Öztürk və Seda Sayan ifaçının səsinin yaxşı olmadığını deyiblər.  

Qeyd edək ki, bu il keçirilən "O səs Türkiyə"yə İlyas Vəkilov, Azər Həsənov, Naz Dej və Mina Hüseyn qatılıb. Onlar münsiflər tərəfindən bəyəniliblər.