"Aygün, Röya, Faiq oxuyur, mən niyə..." - "Fəlakət" rep dedi

"Aygün, Röya, Faiq oxuyur, mən niyə..." -  "Fəlakət" rep dedi
1244 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Elşən Orucov rep deyib.

Axşam.az-ın məlumatına görə, "Fəlakət" obrazı ilə tanınan aktyor "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, yeni filmi üçün ifaçılıq edib:

"Rep demişəm. Maraqlı alınıb. Nə edim, artıq başladım oxumağa. Düşündüm ki, Aygün Kazımova, Röya, Faiq Ağayev oxuyur, mən niyə oxumayım? Hamısından da icazə almışam, dəstəkləyiblər. Dedilər ki, sən qabağa gedəcəksən. Necə gedəcəyin bilinmir, amma gedəcəkəsən.

Fikirləşdim ki, bu yolda tək getsəm, çox söz eşidəcəm. Ona görə Nadiri götürdüm ki, sözləri ona desinlər. Deyəcəm, o məni yoldan çıxarıb.

Nadir mənə “MC Fəli” adını qoyub. Ola bilsin ki, mahnının da adını kliplə birgə elə çıxardıq".