Üzeyiri Rəhimdən üstün bildi - Güneldən qalmaqallı açıqlama

Üzeyiri Rəhimdən üstün bildi -  Güneldən qalmaqallı açıqlama
2727 dəfə oxunub
  • A-
  • A
  • A+
"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı bu dəfə müğənni Günel Zeynalova olub.

Axşam.az-ın məlumatına görə, ifaçı aparıcı Ruslan Ağayevin 33 sualına cavab verib. Günel ona ünvanlanan "Ən bahalı ayaqqabının qiyməti neçəyədir? Ən zəif yerin? Səni əsəbiləşdirən şərh" suallarına belə cavab verib:

"1000 dollardan bahadır. Ən zəif yerim ailəmdir. Məni əsəbiləşdirən şərh burnunu niyə belə etmisən".
 
Sənətçi "Rəhim Rəhimli, yoxsa Üzeyir Mehdizadə" sözlərinə "Üzeyir Mehdizadə. Rəhimlə ulduzlarımız barışmır" sözlərini deyib.