"Şikayət edib, ağlamayaq" - Xalq artisti

"Şikayət edib, ağlamayaq" -  Xalq artisti
820 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sənətkarı yaşatmaq lazımdır. Ən pisi  unudulmaq, yaddan çıxmaqdır. Zərnigar getdi. Kim onu yada saldı? Amaliya xanım getdi. Bir adam demədi ki, onu çəkək, gündəmdə olsun. Mənim dostum Ramiz Məlik də indi evində oturub".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Rafael Dadaşov "X maqazin"ə açıqlamasında deyib. Aktyor səhhətindən danışıb:

"Bir millətin ki, səhnəsi bağlıdır, deyirlər ki, onun mədəniyyəti yoxdur. Bu gün sizlə oturmuşam. Terapiya qəbul edirəm. Belimə görə. Şikayət edib, ağlamayaq. İnsan artıq yetişir və özü düşünür ki, nə vaxt öləcəm. Allah mənə 80 il yaşamağa icazə veribsə, demək ki, 7 il yarım vaxtım qalıb. Yox, Allah mənə 85 yaş nəsib edirsə, onda hələ 12 il vaxtım var.

Həqiqətən sevən adam həm şair, həm rəssam, həm bəstəkar, həm də müğənnidir. Sevgi o dərəcəyə çatdırır ki, səni... Mən sevgidə stres vaxtı başladım şeirlər yazmağa, indi də yazıram. Qəlb o qədər dolu olur ki, onu keçirirsən kağıza.

Sevgi insana qanad verir. Uçmaq, səmalara qalxmaq istəyirsən".