Dəb dünyasında yenilik edən "Aynoor"

Dəb dünyasında yenilik edən  "Aynoor"
1853 dəfə oxunub
  • A-
  • A
  • A+

"L`Avenue" restoranında modelyer-dizayner Aynur Əliyevanın "Aynoor" geyim brendinin təqdimatı keçirilib.

Axşam.az-ın məlumatına görə, bu, modelyerin ilk dəfiləsi olub. Beş aydır nümayiş olunan kolleksiyaya hazırlaşan A.Əliyeva işindən danışıb:

"Bu tədbirin baş tutmasında mənə Natavan Əliyevanın köməyi olub. Həm dizayner, həm də kreativ-direktor kimi çalışıram. Bütün libasların eskizləri mənə aiddir. Geyimlər yumşaq olduğuna görə, "Soft dreams" adlandırdım. Burada təbiətdən ilhamlanmışam. Libaslarımızda səma rənglərindən, çəhrayı və açıq tonlardan istifadə etmişəm. Eyni zamanda çiçək formalı aksesuarlar geyimlərimizi bəzəyir".

"Aynoor" brendinin geyimləri keyfiyyəti ilə seçilir. Modelyer bildirib ki, bütün parçalar xaricdən gətirilir:

"Parçalarımızın əksəriyyəti İtaliyadan gətirilir. Hamısı yüksək keyfiyyətlidir, pampıqdır. Astarlıq belə ipəkdir. Üstündəki aksesuarlar Fransa, İtaliya və Türkiyədən gətirilib".



Dəfilə zamanı nümayiş olunan geyimlər böyük maraq doğurub. Aynur xanımları paltarlara nəzər salmaq üçün "Show-room"a dəvət edib:

"Sifarişlər qəbul edirik. Dəfilədə gündəlik geyimlər nümayiş olundu. Moda evi kimi də fəaliyyət göstəririk. Dəfilədən sonra geyimlərimiz "Show-room"da satışa qoyulacaq. Yaxın günlərdə isə butikimizi açacağıq. Xanımlarımız bizlərə istədikləri tərz geyimlər sifariş verə bilərlər. Biz həm gündəlik, həm də ziyafət paltarlarının tikilişi ilə məşğul oluruq".

Romantik üslubda işlənilən "Soft dreams" adlı yaz-yay kolleksiyası "Aynoor" geyim brendinin dəfiləsini izləyənlər arasında stilist Anar Ağakişiyev də yer alıb. Anar Aynurun Azərbaycanda dəb aləmində bir yenilik etdiyini söyləyib:

"Gec gəlsəm də, libasları nəzərdən keçirdim. Aynur xanımı illərdir tanıyıram. Onun işlərinə bələdəm. Yerli dizaynerlərin işlərinə bənzəməyən bir kolleksiyası var. Hər zaman arzulayırdım ki, dizaynerlərimiz gündəlik geyimlər hazırlasınlar. Aynurun irəli getməsi, brendini dünyaya tanıtmasını istəyirəm. Yaxın günlərdə onu "Tiflis Fashion Week"də görəcəyimə ümid edirəm".



Əl işlərinə üstünlük verilən geyimlər keyfiyyəti, rəngi və bir çox özəl xüsusiyyətləri ilə dəfilədə yer alan xanımların da alqışları ilə qarşılanıb.

Moda evi Rəsul Rza 18 ünvanında yerləşir. Burada həm yeni geyimlər sifariş verə, həm də kolleksiyadan olan maraqlı libasları əldə edə bilərsiniz.

Tel: (+994 50) 303 08 88

Facebook: Aynoor.az

İnstaqram: @aynoor.az