Aparıcı Samirə ad gününü qeyd edir

Aparıcı Samirə ad gününü qeyd edir
3520 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Samirə Rüstəmova ad gününü qeyd edir.

Axşam.az-ın məlumatına görə, teleaparıcının 30 yaşı tamam olur.

Gecə yarısından bir çox sürprizlərlə qarşılaşan Samirə təəssüratlarını bizimlə bölüşüb:
 
“İlk təbriki valideynlərimdən aldım. Gecəyarısında mənə maraqlı sürpriz hazırlamışdılar. Ondan sonra isə mənə yaxın olan birindən təbrik aldım. Mənim çox sadiq və dəyərli pərəstişkarlarım var. Onların təbrikləri də mənim üçün sürpriz oldu. Aldığım hədiyyələrin nə olduğunu açıqlamaq istəmirəm. Mənim üçün sevgi və diqqət hər şeydən önəmlidir. Hədiyyələrə qiymətindən asılı olmayaraq eyni dəyəri verirəm. Bu il mənim üçün sürprizlərlə başlayıb. Bunların nə olduğunu isə yaxın günlərdə açıqlayacağam. Ad günümü təmtəraqla qeyd etməyəcəyəm. Ailəmlə evdə olacağam”.

Axşam.az kollektivi Samirəni ad günü münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayır.

Qeyd edək ki, S. Rüstəmova ATV telekanalında “Şarm” verilişinin aparıcısı olub. Hazırda isə o, “İctimai” telekanalda yayımlanan “Yeni stil” verilişinin aparıcısıdır.