Çində restoranlardan birində maraqlı, eyni zamanda gözlənilməz hadisə baş verib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, məkana gələn müştərilərdən biri dəniz məhsullarından balıq sifariş verib. Lakin süfrəyə gətirilən bişmiş balıq hamını qorxuya salıb.

Belə ki, boşqabda təqdim edilən balıq əvvəlcə quyruğunu tərpədib, sonra tullanıb. Qonaqlar həmin anı dərhal lentə alıblar.

Məlumata görə, qorxuya düşən müştərilər orada daha yemək yeməyiblər və restoranı ac tərk ediblər.

Restoranda işləyən aşbazın sözlərinə görə, balıqların olduqca sürətli bişirilməsi zamanı hüceyrələrinin hamısı ölmür və onlar ətrafda baş verənlərə qəfil reaksiya verə bilirlər.



                 

Digər Xəbərlər