Müğənni Demet Akalın İnstaqram hesabında ona “Qocalmısan” deyən izləyicisini cavabı ilə susdurub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının paylaşdığı son fotosunun altına izləyicilərdən biri “Üzün çöküb. Qocalmısan” şərhini yazıb.

Buna əsəbiləşən Demet səssizliyini pozub və izləyicisinə cavab yazıb. O, fikrini belə çatdırıb:

“Allah sənə mənim yaşatdıqlarımı yaşatmasın. Yuvan dağılmasın. Mən belə deyirəm. Sən nə istəyirsən de”.

Qeyd edək ki, Akalın 6 illik əri Okan Kurtdan bu ilin sentyabrında ayrılıb. Onların 4,5 yaşlı qızı var.




                 

Digər Xəbərlər