Dünyanın ən bahalı və yeməli “gəlini” - Fotolar

Dünyanın ən bahalı və yeməli “gəlini” - Fotolar
2724 dəfə oxunub
  • A-
  • A
  • A+

Dubayda dünyanın ən bahalı tortu hazırlanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, tort "Bride Dubai 2018" sərgisində nümayiş olunub.

Şirniyyat orjinal manikenə o qədər çox bənzəyib ki, ziyarətçilər onun tort olduğuna inana bilməyiblər.

Bir milyon dollar dəyərində olan tortun dizayneri britaniyalı Debbi Vinqhemdir.

Boyu 180 santimetr, çəkisi 120 kiloqram olan "gəlin" tamamilə yeməlidir. O çoxqatlı bisskivitdəndir. Tort üçün 25 kiloqram şokolad, 50 kiloqram marsipan istifadə olunub. Gəlinlik 10 min yeməli mirvari, 5 min çiçəklə bəzədilib. Tort manikenin baş örtüyünün üzərində isə hər biri 200 min olan 5 ədəd əsl brilliantdan istifadə olunub. Bu sənət əsərini Debbi 5 günə hazırlayıb.

Bu ən dizaynerin ilk qeyri-adi işi deyil. Belə ki, Vinqhem bundan öncə 16 milyon dollara ayaqqabı, 4,8 milyon dollara isə brilliantlarla bəzədilən geyim düzəldib.