Model sevgilisi Bruna Markezinlə münasibətlərinə son qoyan Braziliya milli yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Neymar yeni eşqə düşüb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu aktrisa Giovanna Lancellotti ilə sevgilidir.

26 yaşlı Neymar və 25 yaşlı aktrisa hələ ki, münasibətlərini gizli saxlayır. Lakin onların İnstaqramda tez-tez mesajlaşdıqları bildirilir.






                 

Digər Xəbərlər