"Damla Elzadan yaxşı oxuyur" - Qalmaqal

"Damla Elzadan yaxşı oxuyur" -  Qalmaqal
1562 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahanla müğənni Kərim Abbasov arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, hər iki müğənni "Hər şey daxil" verilişinə dəvət olunub. Prodüser-aparıcı Tarix Əliyev (Tolik) Seyidcahanın proqrama Kərimə görə gəlmədiyini deyib:

"Əvvəl ona deyilmədi ki, Kərim qonaq olacaq. Anonsumu gördükdən sonra bildirdi ki, Kərim olan verilişə gəlmirəm. Dedi ki, Kərim mənim statusuma uyğun deyil".

Kərim isə ifaçının ünvanına sərt sözlər deyib:

"Bu yaxınlarda bir toyda idim. Elza xanım gəldi, yaxınlaşdım, üzündən öpdüm. Gördüm qadın soyuq davranır. Öyrəndim ki, bir ifaçını tərifləməyimdir. Əgər siz nahaq danışırsınızsa, mən haqqın yanındayam. Siz gözəl bəstəkarsınız, Damla sizdən gözəl ifa edir. Səviyyəyə gəldikdə isə... İlhamə Quliyeva deyirdi, oxumağın bərbat, şeir yazmağın fəlakət. Açın qara-qura şeirlərinizə baxın, görün sizi nə günə qoyurlar. İndi görün kimdir səviyyə baxımından yuxarıda. Səviyyədən danışmayın. Mən danışsam, pis olacaq".