"Ərim dedi ki, boşanmaq üçün sən müraciət et" - Röya

"Ərim dedi ki, boşanmaq üçün sən müraciət et" -  Röya
3398 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Röya Ayxan yeni çəkdirdiyi "Problemdir sevgimiz" klipindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Şou news" verilişinə açıqlamasında bildirib ki, mahnı həyat yoldaşı Anar Cəlilovdan ayrılan ərəfədə yazılıb:
 
"Mahnı bəlkə tutdu, bəlkə də yox. Amma iç dünyaları yaxın olanlar bəyənəcək. Təkcə Röya üçün yox, hamı üçün problemdir. Hamımızın həyatında var bu. Sevmək əvvəl daha gözəl idi. Bəlkə də indi qocalmışam. Deyirsən ki, oğlan gedib nəsə danışar. Problem varsa, bir-birinə zəng vurmamışam. Hamısından keçmişəm, alan alıb, satan satıb".

Röya boşanmasından da söz açıb: 

"Biz həyat yoldaşımla ayrılanda dedi ki, sən baş vur boşanmaq üçün. Çünki kişi boşansa, daha pis söz-söhbətlər çıxacaq. Bəlkə başqaları ayrılanda fərqli olur, amma mən pis keçirirəm". 

Son vaxtlar görünüşündə çox dəyişikliklər etmədiyini deyən Röya qaşlarını belə almadığını açıqlayıb:

"Get-gedə özümdə heşnə düzəltmirəm. Neçə aydır qaşımı da almıram. İstəmirəm. Problemim ancaq burun idi. Onu da kəsdirdim".