Fidan "Uşaq Avroviziya"nın açılışında - Videolar

Fidan "Uşaq Avroviziya"nın açılışında -  Videolar
609 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 19-da Minsk şəhərində "Uşaq Avroviziya" müsabiqəsinin təntənəli açılışı keçirilib.

Axşam.az-ın məlumatına görə, Azərbaycanı yarışmada təmsil edən Fidan Hüseynova qırmızı xalçadan keçib.

"Junior Eurovision"da ölkəmizi "I wanna be like you" mahnısı ilə təmsil edəcək Fidan jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, yarışma artıq ikinci dəfədir Minsk şəhərində keçirilir. Müsabiqənin final gecəsi noyabrın 25-də olacaq. Gecədə 20 ölkənin təmsilçisi yer alacaq. Fidan yeddinci nömrə altında səhnəyə çıxacaq. 

12 yaşlı Fidanın adı Azərbaycanın "Qızıl kitab"ına düşüb.