"Tükənmişlik sindromu yaşayıram" - Günel

"Tükənmişlik sindromu yaşayıram" -  Günel
2257 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bəzən tükənmişlik sindromu yaşayıram. Sosial şəbəkədə yazırlar: Sən niyə türk dilində danışırsan? Niyə burnunu düzəltdirdin? Bunları oxuyanda deyirəm, nəyə görə çalışıram? Allah onları düzgün yola gətirsin".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Günel Zeynalova "Şou ATV" verilişində deyib. Hərdən depressiyaya düşdüyünü etiraf edən sənətçi Türkiyədə onun qədər məşhurlaşan ikinci bir azərbaycanlı olmadığını açıqlayıb:

"Bəzən tənqidləri oxuyanda özümə qapanıram. Deyirəm, niyə oxuyuram, nəyə görə bunları etməliyəm? Amma sonra deyirəm, Allah vergisi olan səsim var. Bunu göstərməliyəm.

Azərbaycanı orada layiqincə təmsil etməyə çalışıram. Həmişə mənə deyirlər ki, sən gəlib ölkəni təmsil edirsən. Səndən sonra da gələnlər oldu, amma uğurlar qazanmadılar.

Yanlış hərəkət etmirəm. Nəsə addım atanda hər şeydən əvvəl atamı, sonra qardaşımı və olacaq həyat yoldaşımı düşünürəm".

Günel "Niyə ailə qurmursan" sualına belə cavab verib:

"Tarixi və zamanı Allah yazıb. Deyirdik, Tunar evlənsin, qəfildən yarını tapdı və ailə qurdu. Alnımda nə zaman yazılıbsa, mən də onda ailə quracam. Mənim üçün hörmət önəmlidir. Yalansız bir həyat istəyirəm".