Buzova bunun üçün 30 milyon xərclədi

Buzova bunun üçün 30 milyon xərclədi
1157 dəfə oxunub
  • A-
  • A
  • A+
Olqa Buzova şou-biznesdə qəbul olunmaq üçün heç kimin ağlına gəlməyən addım atıb.

Axşam.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, yeni şousuna "Принимай меня!" ("Məni qəbul et2) adını verib və onu "Crocus City Hall" nümayiş etdirib.

Səhnə dekorasiyası, gecədə göydə uçması kimi hərəkətlərlə yadda qalan Olqanı 7 min insan izləyib. Bunun üçün müğənni pullarını xərcləməkdən də çəkinməyib. Bu konsert Olqaya 30 milyon rus rublına başa gəlib. Bu qiymətə onun rejissora verdiyi məbləğ də daxil edilib. 

Gecəni izləmək üçün Buzova Alla Puqaçova, Maksim Qalkin, Katya Lel, Filipp Kirkorov kimi məşhurlara xüsusi yer ayırtdırıb.