Əməkdar artistlər Röya Ayxanla Abbas Bağırov küsülü imiş.

Axşam.az-ın məlumatına görə, bu haqda Röya özü xəbər yayıb. Birlikdə fotolarını paylaşan ifaçı yeni barışdıqlarını vurğulayıb:

"Arada küsərəm, amma könlümü də almağı bacarır. Səbəbdə ki, yalnız bir şey olur. Onu kefsiz görəndə küsürəm. Çünki mənim enerji mənbəyimdir".

Bağırov da Röyanın paylaşımına cavab verib. O, "Mənim əzizim, biz o dostlarıq ki, bir-birimizə qarşı və ümümən bizi çox sevənlərə qarşı səmimiyik. İş orasındadır ki, biz istənilən insanlara qarşı səmimiyik və bu səmimilik də 20 ildən çoxdur bizi belə mehriban, sadiq dost edir. Səni sevənlər səni boş yerə sevmir, çünki sən özünsən, özün kimisən, özünə oxşadırsan. Var ol" sözlərini qeyd edib. 

Qeyd edək ki, Röya ilə müğənni Xəyyam Nisanovun da küsülü olduğu ortaya çıxıb.





                 

Digər Xəbərlər