Xəbər verdiyimiz kimi, “Savalan” musiqi qrupunun bədii rəhbəri, Opera və Balet Teatrının solisti Novruz Novruzlu vəfat edib.
Axşam.az-ın məlumatına görə, mərhumla vida mərasimi evində keçirilir. Mərasimdə onun yaxınları və sevənləri iştirak ediblər.
Daha sonra 58 yaşlı N.Novruzlunun nəşi dəfn olunmaq üçün Xırdalan qəbiristanlığına aparılıb.
Foto: İlqam CƏBİYEV